HAVAL haqqında

Hazırlanma və istehsalat

HAVAL texniki mərkəzi

HAVAL texniki mərkəzi Çin, Baodin şəhərində yerləşir. Mərkəz məşhur alman məmarlıq-layihə şirkəti tərəfindən ərsəyə gəlmişdir və istismara 2015 ildə buraxılmışdır. Ərazisi 250 000 kv.m. olan sahədən ibarətdir: tədqiqat mərkəzi, sınaq istehsalat mərkəzi, sınaq mərkəzi, dizayn hazırlanma mərkəzi, məlumatların işlənməsi mərkəzi.

Hal-hazırda HAVAL Texniki mərkəzində 10 mindən artıq əməkdaş çalışır, onlardan 1000 –yerli və xarici aparıcı mütəxəsisslərdir. Mərkəzin binasının dizaynı – əməkdaşların iş fəaliyyəti üçün komfort və rahat məkandan ibarət olan incəsənət və texnologiyaların sintezidir.

Kadrların strukturu və tərkibi, eləcə də qabaqcıl avadanlıqlar HAVAL krossoverlərinin və yolsuzluq avtomobillərinin yeni modellərini yaratmağa imkan verir. Burada tam iş dövriyyəsi – planlaşdırma, dizaynın hazırlanması, mühəndis layihələndirməsi, sınaq istehsalatı, yeni avtomobillərin sınağı həyata keçirilir

İstehsalat bazası

HAVAL zavodları peşəkar komandanın və dünya səviyyəli texnologiyaların cəlb edilməsi ilə tikilkmişdir. Onlar yüksək dərəcəli avtomatlaşdırma, müasir avadanlıqlar, qabaqcıl istehsalat texnologiyaları və hazır məhsulun keyfiyyətinin yoxlanılması ilə seçilirlər. Zavodlardan biri Tyantzin şəhərində, digəri isə Syuyşuyedə yerləşir. Ümumilikdə hər il bu iki istehsalat meydançasının konveyerləri 1.8 milyon HAVAL avtomobillərini buraxır.

Tyantzində HAVAL zavodu

Tyantzin şəhərində istehsalat bazası 3.4 mln. kv.m. artıq ərazidə yerləşir. Müəssisə 2011 ilin avqust ayında öz işinə başlamışdır. İllik istehsalat güçü – 800 000 avtomobildir. Bu gün zavodun konveyeri HAVAL H6 krossoverini buraxır.

İstehsalat kompleksinə ştamplama sexi, qaynaq sexi, rəngləmə və montaj sexləri daxildir.Onların hər biri yüksək avtomatlaşdırma səviyyələrinə çatmışdır. Dəqiq qaynaq, iri detalların daşınması və çatdırılması, yapışqanın çəkilməsi və digər işlərin yerinə yetirilməsində robotlardan istifadə edilir. Avtomatlaşdırma iş prosesini tezləşdirmək, istehsalatda yüksək dəqiqliyə nail olmaq, işçi əməyinin intensivliyini azaltmaq imkanı yaradır.

İstehsalatın hər bir mərhələsində avtomobil ciddi keyfiyyət yoxlanışından keçir. Tyantzin şəhərindəyerləşən HAVAL zavodunda Çinin ən böyük sınaq poliqonu tikilmişdir. Burada hazır avtomobillərin davamlılıq, etibarlılıq və komfort meyarını ölçürlər. Sınaqdan sonra avtomobillər satışa buraxılır.

Syuyşuyedə HAVAL zavodu

Zavod fəaliyyətə 2014 ildə başlamışdır. Müəssisənin ümumi ərazisi 4.15 mln. kv.m. Burada HAVAL H2, HAVAL H6 Coupe, HAVAL H7, HAVAL H8 krossoverləri və çərçivəli HAVAL H9 yolsuzluq avtomobilləri istehsal olunur. Ümumi istehsalat güçü – ildə 1 milyon avtomobil təşkil edir.

Sınaq poliqonu

Tyantzində olduğu kimi Syuyşuye zavodundada istehsalat fəaliyyəti – ştamplama, qaynaq, rəngləmə və montaj işləri tam qaydasındadır. Həmçinin istehsalatın bütün mərhələlərində yüksək avtomatlaşdırma səviyyəsi və keyfiyyətə ciddi nəzarət müşahidə olunur. Məhz burada ərazisi 70 000 kv.m. olan Çinin ən böyük montaj sexi yerləşir. Eləcə də o, avadanlıq baxımından en müasirlərdən biridir.

Sınaq xəttində DURR alman şirkətinin qabaqcıl avadanlıqlarından istifadə edilir və avtomobilin bütün qovşaqlarının beynəlxalq standardlara uyğunluğu yoxlanılır. Müxtəlif növ yağıntı və hava hadisələri imitasiya olunmuş yağış və külək kameraları təqdim edilir, o cümlədən avtomobil suya salınaraq və sirkələnərək sınaqdan keçirilir. Avtomobil əməkdaşların və robotların yoxlanışından keçdikdən sonra sınaq poliqonuna göndərilir. Uzunluğu 2400 metr olan trekdə 10 müxtəlif növ yol örtükləri təqdim edilir.