HAVAL haqqında

HAVAL strategiyası

HAVAL brendinin əsas məqsədi SUV- seqməntində nəqliyyat vasitələrinin avtomobil sənayəsində qabaqcıl pozisiyaları qazanmaqdır. HAVAL avtomobillərinin əsas üstünlükləri – etibarlılıq, təhlükəsizlik və istehsalat qabiliyyətidir.

İstehsalçı, Great Wall Motor Yaponiyada, ABŞ, Hindistanda və birbaşa Çində 5 elmi-tədqiqat mərkəzləri açmışdır.

Belə ki, müasir, yeni laboratoriyalar və sınaq poliqonları ilə təchiz olunan, Baodin şəhərində yerləşən Çin elmi-tədqiqat mərkəzi avtomobillərin istehsalında, mühərrik, transmissiya, təhlükəsizlik, səs, ekoloji sahələrdə, o cümlədən yüksək və aşağı temperaturda, yüksək rütubətdə, eləcə də səhra və dağlıq ərazilərdə sınaqlar aparmağa imkan yaradır. Üç il ərzində Baodin ş. texnoloji mərkəzinin tikintisinə 5 milyard və tədqiqat/araşdırmalara isə əlavə olaraq 30 milyard yuan sərf edilmişdir.

Son illər ərzində GWM transmissiya, mühərrik, dizayn və təhlükəsizlik sahəsinin yüksək səviyyəli peşəkar əcnəbi mütəxəssislərini cəlb etmişdir. Onlardan biri, BMW X6 dizaynını hazırlamış Pyer Leklerkdir.

HAVAL avtomobillərinin istehsalında, GWM şirkəti təhlükəsizliyə çox böyük əhəmiyyət verir. Bu məqsədlə texnoloji mərkəzdə kraş-testlərinin keçirilməsi üçün xüsusi laboratoriya yaradılmışdır ki, buda öz növbəsində HAVAL brendinin əsas hədəfi təhlükəsiz sürücülk olduğunun bariz nümunəsidir.

Bu cür strategiya, həmçinin GWM şirkətinin “biz kiçik addımlarla, lakin hər gün püxtələşirik” şüarı ilə əmin və məqsədyönlü fəaliyyəti öz nəticələrini vermişdir və artıq 2016 ildə 1 milyondan artıq avtomobil satılmış və 2017 ildə isə bu rekord yenilənmişdir.

Brand Finance versiyasına görə HAVAL brendi TOP-100 şirkətlər siyahısına daxil edilmişdir, eləcə də yüksək texnoloji və brend tərəfindən hazırlanmış 1.5 litrlik benzin mühərrikli güc aqreqatı “Cin ürəyi-2017” mükafatına layiq görülmüşdür, HAVAL H6 avtomobillərində quraşdırılan, ikili birləşməli yaş tipli 7 pilləli DCT ötürücü qutu isə 2017 ildə dünyanın TOP-10 transmissiya siyahısına daxil edilmişdir.