GWM Wingle 7

Daha çox yer. Daha çox güvən. Daha çox imkan

Qarşıda çox vacib hədəflər olduqda, həqiqətən etibar edə biləcəyiniz birinə ehtiyacınız var. Ona ən çətin tapşırıqlar həvalə edilə bilər və nəticədən əmin ola bilərsiniz.

Daha çox Comfort

  • strategy photo
    Təhlükəsizlikdə etalon

    Great Wall Pikap həmişə pikap sənayesində təhlükəsizlik meyarı olmuşdur və Wingle 7, artan təhlükəsizlik səviyyəsi ilə xarakterizə olunan inkişaf etmiş bir məhsuldur. Wingle 7 ötürücünün dayanıqlığını və idarəolunanlığını əhəmiyyətli dərəcədə artıran, eninə stabilizator çubuğu ilə təchiz olunmuş yük daşıyıcı bir gövdə quruluşundan istifadə edir. Zərbəni udma zonası və yüksək güclü kabin bölməsindən ibarət olan yüksək möhkəmlikli avtomobil gövdəsi toqquşma enerjisini mənimsəyə və gövdənin bütün hissələrinə paylayaraq kabin deformasiyasını effektiv şəkildə azalda bilir. Arxa kamerası, arxa sensorlar, TPMS, 9-cu nəsil Bosch ESP, HHC və 6 təhlükəsizlik yastığı kimi müxtəlif aktiv və passiv təhlükəsizlik sistemləri ilə Wingle 7 ən gözlənilməz sürücülük vəziyyətlərində etibarlı qoruma təmin edə bilər.

model comfort
Effektiv mühərrik

Wingle 7 Çində ən yaxşı 10 mühərrikdən biri ilə təchiz edilmişdir. 2.0 T dizel mühərriki maksimum 143 at gücü istehsal edir və maksimum dartqı qüvvəsi 315 Nm / 1400-2800 rpm-dir. Bununla belə, mühərrikin qarışıq dövrdə etidyi sərfiyyat 7,6 l / 100 km-dir.

model comfort
Rahat interyer

Wingle 7 rahatlığı baxımından sərnişin avtomobilinə rəqib olan daxili dizayna malik ilk pickup-dır. Avtomobil müasir ekran, rahat sürücü kabinəsi və avtomatik kondisioner daxil olmaqla rahat konfiqurasiyalar təklif edir.

model comfort
Böyük sensor ekranı

Panelin yuxarı hissəsində yerləşən böyük bir smart touch ekranı avtomobilin multimediya funksiyalarına girişi təmin edir, eyni zamanda avtomobil haqqında bütün lazımi məlumatları verir. Ekranın oval dizaynı istifadəçiyə rahatlıqla istifadə etməyə imkan verir və yola nəzarəti qoruyaraq xoş sürücülük təcrübəsi təmin edir.

model comfort
Geniş arxa oturacaqlar

Pickup olmasına baxmayaraq, Wingle 7 avtomobilində arxa sırada da rahatlıqla əyləşmək mümkündür. Dəri oturacaqlar 3 nəfər üçün nəzərdə tutulmuşdur.

Komplektasİya və qİymətlər GWM Wingle 7