Bakı küləyinə yeni rəqib – Haval F7x artıq Azərbaycanda!

22.04.2021
Bakı küləyinə yeni rəqib – Haval F7x artıq Azərbaycanda!

Haval Azərbaycan Mərkəzində yeni Haval F7x eksklüziv modelinin video təqdimatı baş tutdu. Pandemiya qaydalarına uyğun olaraq, Azərbaycanda ilk dəfə təqdimat interaktiv 3D effektlərlə izləyicilərə təqdim olundu.

Haval F7x  kross kupe bazasında hazırlanmış gövdəsilə dərhal diqqəti cəlb edir. Düzgün qurulan aerodinamikası sürücüyə şəhərimizdə və bütün digər yollarda idarəetmə əminliyi verir. Avtomobilin 2.0 litrlik turbo gücləndirilmiş mühərriki 190 at gücü və 340 n/m maksimal fırlanma anı hasil edə bilir. Bundan əlavə, 7 pilləli yeni nəsil avtomatik sürətlər qutusuna malikdir. Ötürmələri həm eleqant sürətlər qolu, həm də multi-sükan üzərində olan yarpaqlarla dəyişmək olar.

4x4 və Terrain Response adlanan EKO, Sport, Normal, Qar, Palçıq və torpaq səthlərə uyğun hərəkət rejimləri hər cür yolda hərəkət əminliyi verir. Adaptiv kruiz kontrolu sayəsində F7x sabit sürətlə, öndəki avtomobildən təyin olunmuş optimal məsafədə hərəkət edir, yol işarələrini anlayır, hətta yola çıxan piyadanı təyin edib avtomatik dayanma imkanına malikdir.

Haval F7x avtomobili ən maksimal Tech Plus komplektasiyasında təqdim olunur və bu avtomobilin qiyməti 54 900 AZN-dir. Haval Azərbaycan Mərkəzində siz həm də sərfəli kredit və lizinq şərtlərindən faydalana bilərsiniz. Avtomobillə yaxından tanış olmaq üçün *7999 şəhər telefonu ilə əlaqə saxlaya, Babək prospekti 282 ünvanında yerləşən salonumuzda tanış ola, və ya əvvəlcədən www.haval.az saytında sınaq yürüşünə yazıla bilərsiniz.

Qeyd olunan və digər saysız innovasiyalar barədə aşağıdakı video təqdimatda ətraflı tanış ola bilərsiniz:

Video link: https://youtu.be/SYAeQa1jQDA