Haval Jolion 2023 ilin ən yaxşı hibrid avtomobili seçilib

22.12.2023

Nüfuzlu Gadgetwheels nəşri Haval Jolion Hibrid avtomobilini ilin ən yaxşı hibrid avtomobili seçib.

Qeyd edək ki, Haval Jolion HEV modeli 2023-cü ildən ölkəmizdə rəsmi satışa təqdim edilmişdir. 1.5 həcmli turbo mühərriklə təmin olunmuş Jolion HEV avtomobilinin hibrid sisteminə rəsmi servis tərəfindən 8 il və ya 160 000 km zəmanət verilir.

Hal-hazırda Yeni ilə əlaqədar olaraq Haval Azərbaycan Yanvar ayının sonunadək Jolion HEV modelini endirimlə təklif edir. Belə ki, kampaniya çərçivəsində siz avtomobili 48 900 AZN deyil, 44 900 AZN-a əldə edə bilərsiniz.

Daha ətraflı: https://gadget.co.za/wheelshightech1/