2023 FORMULA 1 RƏSMİ TİBBİ MAŞINI: HAVAL H6 HİBRİD
Haval Azərbaycan və Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında əldə olunan razılaşmaya əsasən Rəsmi Tibbi Maşın olaraq 4 ədəd Haval H6 Hibrid avtomobili istifadə olunacaq. Qeyd edək ki, Bakı yarışı Dənizkənarı Milli Parkı ərazisində 2016-cı ildən bu yana keçirilir.
Bu il Formula 1 yarışması 28-30 aprel tarixlərinə təsadüf edir. Yeni mövsümün texniki qaydaları çərçivəsində ekoloji cəhətdən daha təmiz modellərə marağın artması F1 üçün yeni tələblərin formalaşmasına səbəb olmuşdur.
Nəzərinizə çatdıraq ki, Tibbi Maşın kimi istifadə olunacaq olan Haval H6 Hibrid, F1 tələblər siyahısına uyğun şəkildə hazırlanmış və maksimum səviyyədə təhlükəsizliyi təmin edən modeldir. Həmçinin, bunu da qeyd etmək istərdik ki, Haval H6 Hibrid, Çin segmentində respublikamıza gətirilən ilk tam hibrid avtomobilidir və 100 km üçün 3.2 qr minimal karbon emisiyası ilə ekoloji cəhətdən daha təmiz bir modeldir. Haval Azərbaycan olaraq, belə mötəbər bir yarışmada iştirak etmək bizim üçün sevindirici haldır.