Dargo

HAVAL Dargo ilə Güclü Görünüş

Metallik effektinə malik kuzovun dəbdəbəli rəngləri HAVAL DARGO-nun orijinal dizaynını vurğulayır.

Komfort

  • Perforasiya ilə təbii dəridən işlənmiş oturacaqlar

    HAVAL DARGO-nun oturacaqları perforasiyalı həqiqi dəridən hazırlanır, nəfəs alan material yüksək səviyyədə rahatlıq təmin edir.

  • Qabaq oturacaqların elektro - tənzimlənməsi

    Sürücünün oturacağı belin dəstəklənməsi də daxil olmaqla 8 elektro - tənzimlənməyə malikdir. Qabaq sərnişinin oturacağı üçün havalandırma və 4 elektro - tənzimləyici var.

  • 6 audiosistemlər dinamikləri

    HAVAL DARGO - nun audio sistemi, tezliklərin bütün spektrlərində tarazlaşdırılmış səslənməni verərək 6 dinamikdən və sabvuferdən ibarətdir.

  • Elektrik enerjisi ilə simsiz yükləmə və USB birləşdiriciləri

    Elektrik enerjisi ilə simsiz doldurma cihazı konsolun altındakı boşluqda yerləşdirilmişdir. Onun içərisində hətta böyük ölçülü smartfon da yerləşir, kəskin manevr zamanı bort telefonun düşməsinə imkan vermir - oturacaqların birinci və ikinci cərgələrinin hər biri üçün 2 ədəd olmaqla, USB portları da mövcuddur.

Panoramik tavan

Panoramik tavan salonun daxilində əlavə boş yerin olmasını təmin edir və onu təbii işıqla doldurur.

İkizonalı iqlimə - nəzarət

İkizonalı iqlimə -nəzarət havanın ionlaşdırılma ilə olan təmizləyici ilə tamamlanmışdır.

Oturacaqlarının havalandırılması

Bütün günü sükan arxasında keçirdikdə oturacaqların havalandırılması və sürücü oturacağının masaj funksiyası əvəzsiz üstünlüklərdir.

Apple CarPlay və Android Auto Dəstəyi ilə 12,3" multimediya sistemi

Multimediya sisteminin köməyi ilə siz smartfonunuzun funksiyalarını avtomobilə: Naviqasiyaya, musiqini dinləmək üçün proqramlara, podkastlara və mesajlar mübadiləsinə tam inteqrasiya edə bilərsiniz.

Cihazların rəqəmsal paneli 10,25"

Cihazlar paneli hərəkətin sürətini, mühərrikkin dövrələrini, yanacaq ehtiyatını, yürüşü - avtomobilin idarə edilməsi üçün lazım olan hər şeyi göstərir. Panel hazırki məqamda lazım olan həmin məlumatları görməyə imkan verməklə bir neçə rejimlərdə işləyir.

Proyeksiya displeyi

Avtomobilin idarə edilməsindən sizin yayınmamağınız üçün proyeksiya displeyi ən vacib məlumatları qabaq şüşəsinə əks elətdirir. O, son yol işarəsini, sizin sürətinizi, daxil olan zəngi və avtomobilin təhlükəsizlik sisteminin xəbərdarlığını göstərir.

Texnologİyalar

2.0 litr həcmli yeni turbo mühərrik 211 a.g. gücünə malikdir və HAVAL DARGO - nun 9 saniyə ərzində yerindən 100 km/saata qədər sürət yığmasına qadirdir. Robotlaşdırılmış 7 pilləli sürət qutusu klassik "avtomatın" rahatlığını və akselerator pedalına reaksiyanın yüksək sürətini birləşdirir.

4WD tam dartının intellektual sistemi idarəetmənin 7 rejimini nəzərdə tutur: Economic, Standart, Sport, Snow, Sand, Bump, Grass. Yolu seçin və ən Uyğun rejimdə hərəkət edin.

L. E. M. O. N. innovasiya platforması yüngülləşdirilmiş konstruksiyaya malikdir, bunun sayəsində avtomobil yerindən daha yaxşı sürət götürmə dinamikasını alır, yanacağı daha az sərf edir və bununla belə sərnişinlərin təhlükəsizliyinin yüksək səviyyəsini təmin edir.

HAVAL DARGO yeddi təhlükəsizlik yastıqları: qabaq sıra üçün ön və yan yastıqları, həmçinin salonun bütün uzunluğu boyunca təhlükəsizlik pərdələri ilə təchiz olunmuşdur. Sükan çarxının altında əlavə olaraq sürücünün dizlərini və baldırlarını qoruyan əlavə yastıq yerləşir.

HAVAL DARGO - nun 5 kamerası və 14 radarı sizə avtomobilin ətrafında vəziyyətin müfəssəl mənzərəsini verir. Kameralardan gələn video böyük multimedia ekranında vahid bir təsvirə çevrilir. Sistem, sizə avtomobilin bamperinin altında bilavasitə yolun səthini görməyə imkan verən şəffaf kapot rejimində işləyə bilir.

Sistem mümkün toqquşm haqda xəbərdarlıq etməklə digər nəqliyyat vasitələri və piyadalar ilə toqquşmaların qarşısının alınmasına kömək edəcəkdir.

Adaptiv kruiz - kontrol sistemi təhlükəsiz hərəkət üçün avtomobilin əlverişli sürətinin və məsafəsinin qorunub saxlanılmasına imkan verir.

Kor zonalara nəzarət sistemi, hərəkət zolağını dəyişən zaman təhlükəsizliyi təmin etməklə yan güzgülərin baxış zonasından kənarda olan eyni yolla gedən avtomobillərinin mövcudluğuna nəzarət edir.

Arxa parkinq yardım sistemi parklinq yerindən təhlükəsiz qaydada çıxmağa və digər avtomobilin təhlükəli yaxınlaşması halında avtomatik tormozlamaya kömək edir.

Komplektasİya və qİymətlər Dargo