ÇİNDƏN HİBRİD, PLUG-İN HİBRİD VƏ ELEKTRİK AVTOMOBİLLƏRİ

11.04.2023
ÇİNDƏN HİBRİD, PLUG-İN HİBRİD VƏ ELEKTRİK AVTOMOBİLLƏRİ

2012-ci ildə ÇXR-da alternativ yanacaqla və ya "yeni enerji mənbələrilə” (NEV)  işləyən, həm elektrik avtomobilləri (BEV), həm də hibrid avtomobillər (HEV hibrid və PHEV plug-in hibrid) daxil olmaqla)  nəqliyyat vasitələrinin istehsalına keçid üzrə hökumət proqramına start verildi. 
Çin hökuməti milli avtomobil istehsalçılarına qlobal avtomobil sənayesində ön sıralarda olmaq üçün strateji məqsəd qoyaraq ekoloji cəhətdən təmiz və yanacaq qənaət edən avtomobillərin işlənməsinə fəal şəkildə çağırış edir.
2021-ci ilin sonunda Çindən avtomobil ixracı 2 milyon ədəddən çox olub (2020-ci ilə nisbətən iki dəfə artıb). Belçika, Banqladeş, Böyük Britaniya, Hindistan, Tayland, Almaniya, Fransa, Sloveniya, Avstraliya və Filippin Çindən yeni enerji daşıyan avtomobillərin ilk on idxalçısı olub və bu kimi avtomobillərin ixracının 77,8% -i bu ölkələrin payına düşüb. 
2022-ci ilin avqust ayında Azerbaijan Automobiles şirkəti Respublikada Çin hibrid avtomobillərinin Azərbaycanda rəsmi satışına başlayan ilk şirkət olub. Bu işdə qabaqcıl H6 Hybrid modeli oldu. Gələcəkdə şirkət hibrid model xəttini genişləndirmək niyyətindədir.