HİBRİD AVTOMOBİL NƏDİR VƏ HİBRİD MÜHƏRRİK NECƏ İŞLƏYİR?

11.04.2023
HİBRİD AVTOMOBİL NƏDİR VƏ HİBRİD MÜHƏRRİK NECƏ İŞLƏYİR?

Neftin qiymətinin əhəmiyyətli dərəcədə artması və avtomobillər üçün ekoloji tələblərin daim sərtləşdirilməsi dünyada hibrid və elektrik avtomobillərə misli görünməmiş tələbat yaradan iki əsas  amildir. Texnologiyanın inkişafı və hibrid istehsalçıları və ya alıcıları üçün vergi güzəştləri sayəsində hybrid avtomobillər bəzən benzinlə işləyən avtomobillərdən də ucuz olur.
Bu tipli avtomobillər hərəkət etmək üçün birdən çox enerji mənbəyindən istifadə edən nəqliyyat vasitəsidir.
"Hibrid" sözü "qarışıq" sözünün sinonimidir. Hibrid avtomobillər iki enerji mənbəyindən - yanar neft məhsulları və elektrik enerjisindən istifadə edir. Bu avtomobillərdə adətən iki hibrid mühərrik olur. Güc aqreqatları tandemdə işləyir və mürəkkəb transmissiya vasitəsilə gücü təkərlərə ötürür.
Hibrid avtomobillər, batareyaların əhəmiyyətli kütləsi və onların uzun müddət doldurulmasına ehtiyac, doldurma stansiyalarının inkişaf etməmiş infrastrukturu və qeyri-kafi sürmə məsafəsi kimi elektrik nəqliyyat vasitələrinin çatışmazlıqlarının kompromis həllinə çevrildi.

Hibrid Azərbaycan - H6 Hybrid modeli

Hazırda Azərbaycanda Haval hibrid model sırası H6 Hybrid modeli ilə təmsil olunur. Bununla belə, Haval brendinin diler şirkəti Azerbaijan Automobiles 2023-cü ilin ortalarına qədər ölkədə hibrid xəttini genişləndirməyi planlaşdırır. Büdcənizə və zövqünüzə uyğun Hibrid Avtomobil Modeli axtarırsınız? Elə isə H6 Hibrid Avtomobili sizlər üçündür! Müxtəlif rəng seçimləri isə hər zövqə və büdcəyə xitab etmək iqtidarındadır.