İLK VƏ TAM HİBRİD MODELİ "HAVAL H6 HEV" VƏ YENİ "DARGO" AVTOMOBİLLƏRİNİN TƏQDİMATI BAŞ TUTDU.

31.08.2022
HAVAL H6

Haval avtomobillərinin tək rəsmi distribyuteri "Haval Azərbaycan", yeni "Haval H6 Hibrid" və "Haval Dargo" modellərinin rəsmi təqdimat mərasimini keçirib. "Marriott Baku Boulvard" hoteldə keçirilən təqdimat mərasimində şirkətin partnyorları və müştəriləri, həmçinin tanınmış şəxslər iştirak etmişdir. Yeni modellərin təqdimat çarxının nümayişindən sonra geri sayımla birlikdə yeni modellər qonaqlara təqdim edildi. "Haval H6 Hev", Çin avtomobil seqmentinin uğurlu krossover avtomobili, Haval H6-nın yeni nəsli hesab olunur. Hibrid texnologiyası vasitəsilə 100 km-ə 5.2 litr yanacaq sərfiyyatı ilə qənaət edə və minima karbon emisiyası ilə ekologiyanın qayğısına qala bilərsiniz. HAval H6 Hev Çin avtomobil seqmentində ölkəmiziə gətirilən ilk və yeganə tam hibrid modeldir. Hibrid elektrik və daxili yanma mühərriki birlikdə 243 at gücü və 530 NM fırlanma anına malikdir.

Tam yeni seqmentdə təqdim olunan "Dargo" şəhər yolsuzluq avtomobillərindən daha əyləncəli, sərt üslublu yolsuzluq avtomobilindən isə daha rahat olacağı vurğulanmışdır. Bu yeni model təkmilləşdirilmiş 2.0 T mühərrik, 7 pilləli, iki muftalı transmissiya, 146 kVt mühərrik nominalı 325 NM maksimum fırlanma anına malikdir. Yeni "Haval H6 HEV" modelinin satış qiyməti 57900 manat, "Dargo" modelinin satış qiyməti isə 62900 manat təşkil edir. Nəzərinizə çatdırırıq ki, Haval H6 Hibrid modelini sərfəli şərtlər daxilində ilkin 11580 AZN, iilik cəmi 11% olmaqla 5 illik kreditlə əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün:

*7999

(+99455) 678 24 24

(+99455) 679 23 23

Haval Azərbaycan Avtosalonu, Bakı ş. Babək pr.282