GWM Tank maşınları F1 Azerbaijan Grand Prix-də Tibbi müdaxilə avtomobilləri qismində cəlb olunub

Əldə olunan razılaşmaya əsasən GWM Tank brendinin maşınları Formula 1 Azərbaycan Qran Prisinin yarış zamanı təhlükəsizlik komandasına qoşulub. Belə ki, 3 ədəd GWM TANK 300, 1 ədəd GWM TANK 500 avtomobili Azərbaycan Qranprisidə Tibb müdaxilə maşını qismində istifadə olundu.
Qeyd edək ki, Bakı yarışı Dənizkənarı Milli Parkı ərazisində 2016-cı ildən bu yana keçirilir.
Bu il Formula 1 yarışması 13-15 sentyabr tarixlərində keçirildi.
Qeyd edək ki, 2023 ildə Azərbaycan Qranprisi zamanı Tibbi müdaxilə maşınları qismində 4 ədəd Haval H6 Hibrid maşını istefadə olunmuşdur